Yeniliklər və xəbərlər

Uşaqları inkişaf etdirəcək bu kitabları Türkiyədən sifariş edin

Uşaqlarda kiçik yaşlardan başlayaraq oxuma vərdişləri formalaşdırmaq vacibdir. Bununla bərabər vacib olan digər amil isə onların hansı kitabları oxumaqlarıdır. Elə kitablar var ki, uşaq zehninin inkişafına birbaşa köməklik edir, onlarda təsəvvür qabiliyyətini yüksəldir. Lakin bir sira kitabları isə uşaq yaşda oxumaq onların psixologiyasına mənfi təsir edə bilər. Bunun üçün uşaqlarınızın mütləq oxumalı olduğu kitablar siyahısından bir neçəsini sizinlə bölüşürük.

 

Lewis Carrol - Alisa möcüzələr diyarında

Hər şey qolundakı saatına baxa-baxa harasa tələsən qəribə geyimli dovşanla başladı. Dovşanın arxasınca gedən Alisa bir də gözünü açıb gördü ki, qeyri-adi, fantastik bir diyara düşüb. Yeyib-içdiyi hər şey onu ya həddən artıq balaca, ya da div kimi böyük edirdi. Göz yaşlarından yaranmış dənizdə boğulmaqdan güclə qurtulan Alisa gülməli bir çay qonaqlığına gəlib çıxdı, amma onu qarşıda hələ çox macəralar gözləyirdi... 

 

 

Jül Vern - Kapitan Qrantın uşaqları

Roman fırtına nəticəsində gəmiləri qəzaya uğramış kapitan Qrantın və iki matrosun axtarışından bəhs edir. Qrantın uşaqları – Robert və Meri Qrant “Dunkan” gəmisi ilə atalarının axtarışına çıxırlar. Gənc kapitan Con Manqls, coğrafiyaşünas alim Jak Paqanel və məşhur dənizçi qızı Elen Qlenarvan onlara kömək edir. Yolun asan başlamasına baxmayaraq, təhlükələr getdikcə artır. Onları həm quruda, həm də dənizdə müxtəlif macəralar müşayiət edir, amma bütün təhlükələrin öhdəsindən mərdliklə gəlirlər.

 

Cek London -  Ağ Diş

Povest yarı canavar balası olan itin başına gələn əhvalatlardan bəhs edir. Yazıçı bu povestində itin daxili aləmini, onun hər bir hissiyatını ustalıqla qələmə almışdır. Ağ diş öncə acınacaqlı həyat sürür, lakin əsərin sonuna yaxın o, xoşbəxt həyata nail olur.

 

 

Robert Louis Stevenson - Dəfinələr adası

Kitabda İngiltərədə bir işçinin oğlu olan Jim Hawkins'in əlinə keçən bir xəzinə xəritəsi üzərinə çıxdığı xəzinə axtarışı mövzu edilir. Cim quldur Silverin öz həmfikirləri ilə xəlvətcə danışıqlarını eşidib dostlarına xəbər verməklə gəminin bütün komandasını labüd ölümdən xilas edir. Lakin onun qəhrəmanlığı özünü təhlükəyə ataraq çəlləkdə gizlənib dinlədiklərini kapitana söyləməklə məhdudlaşmır.

 

Səməd Behcolour - Kiçik Qara Balıq

Balaca Qara Balığın dünyaya göz açdığı mühit Səməd Behrənginin yaşadığı cəmiyyətin oxşarıdır. Burada cəhalət hökm sürür. Ətrafdakı balıqlar heç nə ilə maraqlanmır, yeknəsək həyat yaşayırlar. Onların düşüncəsinə görə həyat yalnız yeməkdən, yatmaqdan, arxda mənasız vaxt keçirməkdən ibarətdir.

Lakin gəncliyin təmsilçisi olan Balaca Qara Balıq belə həyat tərzi ilə barışmır. O, arxdan çıxmaq, böyük dünyaya qovuşmaq istəyir.

 

Bu kitabları sərfəli qiymətə Türkiyədən sifariş edin, Eyol karqo sürətli çatdırılma etsin. Bunun üçün https://eyol.az saytına daxil olub qeydiyyatdan keçməyiniz kifayətdir. Əgər sifariş prosesinə zaman ayırmaq istəmirsinizə, bu işi də Eyol əməkdaşlarına əmanət edə bilərsiniz. Bunun üçün Sifariş et xidmətindən istifadə etməyiniz kifayətdir. Seçdiyiniz kitabın linkini Eyol əməkdaşlarına göndərirsiniz. Onlar sizin əvəzinizə sifariş edib sürətli çatdırılma ilə İstanbuldan Bakıya karqonuzu gətirəcəklər. Xoş alış-verişlər.

08.08.2022
1123 oxunma sayı

Digər xəbərlər