Yeniliklər və xəbərlər

Türkiyədən onlayn alış-veriş zamanı nələrə diqqət etməliyəm?

Türkiyədən onlayn alış-veriş zamanı nələrə diqqət etməliyəm?

Türkiyədən online alış-veriş zamanı əvvəlcə qeydiyyatdan keçərkən dolduracağınız üzvlük formasının tam və yenilənmiş məlumatların olmasına diqqət yetirməlisiniz. Sifarişdən sonra hər hansı bir problem yaranarsa, bizimlə onlayn çat vasitəsilə əlaqə saxlaya bilərsiniz. Sifarişiniz, daxil etdiyiniz çatdırılma ünvanına göndəriləcəkdir. Məhsulun çatdırılması zamanı hər hansı bir problem yaranmaması üçün ünvanınızı tam yazmalısınız. Əlavə olaraq sizə bir neçə dost məsləhətimiz var:

-Bəyəndiyiniz məhsulları “favourite” və ya “favorilərim” siyahısına, almaq istədiyiniz məhsulu isə “səbətim” bölməsinə əlavə edərək alış-verişinizi asanlaşdıra bilərsiniz.

-Əgər almaq istədiyiniz məhsulun növünü, ölçüsünü, rəngini, markasını bilirsinizsə, onlayn satış saytlarında “filtrələmə” funksiyasından istifadə edə bilərsiniz.

-Məhsulun keyfiyyətli olduğunu necə biləcəm? - deyənlər üçün saytlarda müştəri rəyləri bölməsini hissəsinə baş çəkə bilərsiniz.

-Sifariş etmək üçün bank kartınız olmalıdır. Əgər bank kartınız yoxdursa, MilliÖn, E-manat  terminalları vasitəsilə alış-veriş edə bilərsiniz.

-Eyol.az saytından qeydiyyatdan keçərək alacağınız məhsulun linkini, ölçüsünü, qiymətini, rəngini qeyd edirsiniz. 

 

Əlavə sualınız yaranarsa  sosial media hesablarımızdan (Instagram - Eyol.az; Facebook - eyol.aze) bizimlə əlaqə saxlaya bilərsiniz. 

 
13.09.2020
4317 oxunma sayı

Digər xəbərlər