Yeniliklər və xəbərlər

Trendyoldan necə sifariş etmək olar?

Trendyoldan necə sifariş etmək olar?

Trendyol.com Türkiyədən alış-veriş edən istifadəçilər arasında ən populyar saytlardan biridir. 

Bəs Trendyol-dan sifariş necə verilir?  Azərbaycana çatdırılma mümkündürmü? Ən qısa müddətdə necə sifariş edə bilərəm?

Sizlərə Trendyoldan (trendyol.com) sifariş etmə qaydası  barədə yazmağı qərara gəldik. 

1. Qeydiyyatdan keçin.

Trendyol saytına keçdikdən sonra ilk növbədə qeydiyyatdan keçməyiniz lazımdır. Bunun üçün saytın sağ üst küncündəki “Giriş Yap” düyməsinə klikləyərək, “Üye ol” bölməsinə keçmək lazımdır. Saytda sizə öz şəxsi e-mail və şifrəniz və yaxud Facebook, Google hesabınızla qeydiyyat etmə təklif olunacaq.

2. Bəyəndiyiniz məhsulları səbətə əlavə edin

Qeydiyyatınız tamamlandıqdan sonra, saytda istədiyiniz məhsulu seçməyiniz lazımdır. Sizə uyğun ölçü, rəng və digər məlumatları təsdiq etdikdən sonra, “Sepete ekle” düyməsinə basaraq, həmin məhsulu səbətinizə əlavə edin. 

3. Səbətdəki məhsulları təsdiqləyin.

Almaq istədiyiniz bütün məhsulları seçib, sifarişi tamamlayırsınız. Bu hissədə səbətinizə daxil olaraq, seçdiyiniz məhsulları yoxlaya, hər məhsul sayını artıra və ya silə bilərsiniz.  Əgər hər şey qaydasındadırsa səbətdəki məhsulları təsdiq edirsiniz.

4. Çatdırılma ünvanı əlavə edin.

Sifarişi tamamalamamışdan öncə Azərbaycana çatdırılma ünvanınızı da daxil etməlisiniz. Bunun üçün saytımızdan özünüzə hesab açaraq, adınıza bağlı xarici ünvandan istifadə etməklə, sifarişinizi həmin ünvana çatdıra bilərsiniz. 

5. Ödəniş əlavə edin.

Çatdırılma ünvanını daxil etdikdən sonra, növbəti mərhələdə ödəmə metodunu daxil edirsiniz. Onlayn sifariş üçün sizin bank kartınız olmalıdır. Kart məlumatlarını qeyd olunmuş xanalara daxil etməklə təsdiq etməlisiniz. Kartınızı istəsəniz Trendyol hesabınızın yaddaşında saxlaya bilərsiniz ki, növbəti dəfə təkrar daxil etməyəsiniz.

6. Sifarişinizi tamamlayın.

Yuxarıda qeyd olunmuş bütün əməliyyatları yerinə yetirdikdən sonra, sifarişi yekunlaşdırmaq üçün Sağ üst küncdəki “Ödeme yap” düyməsi altında “Ön Bilgilendirme koşulları ve Mesafeli satış sözləşməsi” ilə tanış olduğunuzu təsdiq edən xananı işarələyib, Ödəmə Yap düyməsinə klikləmək lazımdır. Bank kartınızda 3D Secure aktivdirsə, kodu daxil etmək üçün xüsusi xana açılacaq. SMS və ya ATM-dən çap etdiyiniz bir dəfəlik şifrəni daxil edərək, təsdiqlədikdən sonra, sifarişiniz tamamlanacaqdır.

7. Bağlamanızı izləyin

Sifarişinizi tamamladıqdan sonra, trendyol hesabınızdakı “Siparişlerim” bölümünə daxil olaraq sifarişinizin statusu haqqında məlumat əldə edə bilərsiniz. Mağaza bağlamanızı türkiyə daxilində çatdırlmaya göndərdikdə “Kargoya verildi”, sizin xaricdəki ünvana çatdırıldıqda isə “Teslim edildi” statusunu görəcəksiniz. 

Hazırdır!

Artıq siz də trendyol.com-dan Türkiyədən Azərbaycana sifarişlərinizi rahatlıqla verə bilərsiniz.

 

13.09.2020

Digər xəbərlər