Çox soruşulanlar

Suallarınıza cavabı burada tapın.

Çox soruşulanlar

Salam, Karqo xidməti ilə bağlı çox soruşulanlar bölməmizə xoş gəlmisiniz. 

Əgər hər hansısa bir sualınız varsa 012 310 58 10-a zəng edə və ya [email protected] e-mail ünvanına sualınızı göndərə bilərsiniz. Əməkdaşlarımız ən qısa zamanda sizinlə əlaqə saxlayacaqlar.

Alınan məhsulda hər hansı problem yarandıqda geri qaytarmaq mümkündür?

Eyol.az daşıma şirkətidir və məhsulların xaricdən Azərbaycana daşınmasını həyata keçirir. Eyol.az göstərdiyi xidmət çərçivəsində satıcı firmanın göndərdiyi məhsulun tamlığına, orjinallığına, keyfiyyətinə, tərkibinə  və digər xüsusiyyətlərə görə məsuliyyət daşımır. Məhsulun geri qaytarılması və ya dəyişdirilməsi kimi bütün öhdəliklər satıcı firma və müştəriyə aiddir.

Hansı hallarda sifarişim Gömrük orqanları tərəfindən saxlanıla bilər?

Beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 (otuz) gün müddətində ümumi gömrük dəyəri 300 $-dan artıq olduqda, sifariş verdiyiniz məhsulun kommersiya məqsədli olduğuna dair şübhələr olduqda və ölkəyə idxalı qadağan olunmuş məhsullar olduqda sifarişiniz Gömrük orqanları tərəfindən saxlanıla bilər.

Eyol.az-dan necə sifariş edə bilərəm?

Eyol.az-dan sifariş etmək istəyirsinizsə, ilk olaraq saytımızdan qeydiyyatdan keçməlisiniz. Sifariş zamanı mağazanın sizdən tələb etdiyi ünvan hissəsinə, xaricdəki ünvanımızı qeyd edirsiniz. Ətraflı məlumatı Xaricdəki ünvanlarım bölməsindən əldə edə bilərsiniz. Sonra isə xarici saytlarda keçərli olan bank kartı vasitəsilə ödənişi edərək, sifarişinizi tamamlayırsınız. Son olaraq, eyol.az saytımızdakı şəxsi hesabınıza daxil olaraq aldığınız məhsula uyğun bəyannamə yaradırsınız.

Türkiyədən "Sifariş et" xidmətindən necə istifadə edə bilərəm?

Türkiyədən sifariş et xidmətindən istifadə üçün saytımızda "sifariş et" bölməsinə daxil olaraq seçdiyiniz məhsulların linkini, qiymətini və məhsul haqqında olan qeydləri  uyğun xanalara yazaraq səbətə əlavə edirsiniz. Bundan sonra "Səbətiniz" bölməsində seçdiyiniz linklərə ödənişi etdikdən qısa müddət sonra sifarişiniz əməkdaşlarımız tərəfindən sizin adınıza sifariş edilir.

Eyol.az-da bağlamalar birləşdirilə bilərmi?

Eyol.az bağlamaların birləşdirməsi xidmətini həyata keçimir. Biz satıcı firma tərəfindən göndərilən bağlamaları dəyişiklik olmadan sizə çatdırılmasını təmin edirik.

İş saatlarınız necədir?

Bazar günləri və rəsmi bayram günləri istisna olmaqla: 

Müştəri xidmətləri: 10:00 - 20:00

Çağrı Mərkəzi: 10:00 - 20:00

Bağlamaların təhvili: 10:00 - 20:00 

Sifariş et xidməti: 10:00 - 00:00 

 
Türkiyədən Azərbaycana çatdırılma hansı müddətdə olur?

Türkiyədən Azərbaycana çatdırılma müddəti sifariş verdiyiniz alış-veriş saytına görə dəyişə bilər. Satıcı firmalarda çatdırılma müddəti 4-7 gün aralığında olur. Sifarişləriniz Türkiyədən həftədən iki dəfə olmaqla 5-7 gün ərzində xarici anbardan Bakı anbarına çatdırılır. Həftə sonları və rəsmi bayram günləri çatdırılma müddəti uzana bilər.

Bağlamalar Bakı anbarında neçə gün qala bilər?

Bağlamalarınızın yerli anbarda ödənişsiz saxlama müddəti 15 gündür. Bağlamanız "Yerli anbardadır" statusu aldıqdan 16-30 gün aralığında hər gün üçün 0.5 AZN, 31-45 gün aralığında isə hər gün üçün 1 AZN saxlama məbləği hesablanacaqdır.Bağlamanı təhvil alarkən Sizdən bağlamanın karqo ödənişi+saxlama məbləği  tələb ediləcəkdir. Məbləğ ödənildikdən sonra bağlamanız sizə təhvil veriləcəkdir. 45 gündən çox yerli anbarda qalan bağlamalar üçün Eyol şirkəti məsuliyyət daşımır.

Türkiyədaxili kargo nədir?

Satıcı firmanın sifarişinizi xarici anbarımıza çatdırılma üçün aldığı ödənişdir. Bunun barədə məhsulu sifariş verdiyiniz saytlardan daha ətraflı öyrənə bilərsiniz.

 
Bağlamanı təhvil almaq üçün nə təqdim olunmalıdır?

Bağlamanızı təhvil almaq üçün ad, soyad, müştəri kodu və hər hansı şəkilli sənəd (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, tələbə bileti və.s) təqdim olunmalıdır.

Suallarıma cavab tapa bilmədim, nə edə bilərəm?

Veb səhifəmizdə qeyd olunan qaynar xəttimiz vasitəsiylə əlaqə saxlaya bilərsiniz. Həmçinin sosial media hesablarımızdan (Instagram - Eyol.az; Facebook - eyol.aze) suallarınızı bizə yönləndirə bilərsiniz.