Yeniliklər və xəbərlər

Türkiyədən sifarişdə original məhsulları saxtalarından necə seçək?

Türkiyədən sifarişdə original məhsulları saxtalarından necə seçək?

Online sifariş vaxt itirmək, növbələrdə gözləmək, fiziki olaraq yorulmaq kimi məsələlərdən qurtulmaqda hər kəsin çox köməyinə gəlib. Lakin Türkiyədən sifariş verdikdə insanları narahat edən məsələlərdən biridə məhsulunun saxta olması məsələsi olur. Bəs original məhsulu saxtasından necə seçək?

Bu suala cavab tapmaq üçün diqqət etməli olduğunuz məqamları sizinlə bölüşürük:

Brendlərin adları
Türkiyədən sifarişlə artıq bütün brendlər əlçatan olur. Lakin Türkiyədən sifariş zamanı səhvən saxta məhsullarda ala bilərsiniz. Diqqət etməlisiniz ki, seçdiyiniz brendin adı və ya loqosu rəsmi səhifələrində necədirsə onunla eyniyyət təşkil etsin. Bəzən bir hərf fərqi ilə saxta məhsullar özlərini brendlərdən fərqləndirirlər. Diqqətli olun, bu fərq gözünüzdən yayına bilər.

Məhsulların teksturaları
Xüsusilə gözəllik və ya sağlamlıq məhsulları gətizdirərkən diqqət etməli olduğunuz məsələdir. Seçdiyiniz məhsuldakı olan rəng palitralarını originalın kataloqu ilə müqayisə edin. Saxta məhsullarda uydurma rənglər olur. Məhsulu əvvəl işlətdiyiniz məhsulla qatılıq, duruluq, istifadə olunan başlıq cəhətdən müqayisə edin. Çünki heç bir brendin məhsulları arasında tekstura fərqliliyi olmur. Məsələn göz maskarası həddən artıq duru və ya qatı olmamalıdır. Geyimlərdən isə teksturanı parçanın və üzərində istifadə olunan düymə, zəncir kimi detalların keyfiyyətindən müəyyənləşdirmək olar.

Barkodlar və seriya nömrələri
Telefonunuza barkod oxuyucu proqramlar yükləyib məhsul və istehsalçısı haqqında məlumat əldə edə bilərsiniz. Original məhsulların seriya nömrələri isə əllə sürtdükdə silinməməlidir.


Satış yeri
Sifarişinizi verərkən satıcı markanın kimliyinə diqqət edin. Tanınmış brendlərin öz saytlarında və ya https://www.trendyol.com/ , https://www.morhipo.com/ , https://www.ipekyol.com.tr/ , https://www.hepsiburada.com/ kimi böyük saytlardan alış-veriş edə bilərsiniz.

 Qiymətlər
 İlk olaraq məhsulun daha ucuz olması sizi aldatmasın. Brend geyim və ya kosmetika heç vaxt çox ucuz  olmur. Müəyyən kampaniyalar zamanı onları böyük endirimlərlə əldə edə bilərsiniz. Lakin yenə də brend məhsulların qiyməti saxtaları ilə müqayisədə çox fərqlənir.


Bütün bu dediklərimizə diqqət edib Türkiyədən keyfiyyətli alış-verişin dadını çıxarın. https://eyol.az/signup.html linkə daxil olub Eyol karqodan qeydiyyatdan keçin. Karqonuzu Türkiyədən sürətli çatdırılma edərək düz qapınıza qədər gətirəcəklər. Xoş alış-verişlər)))

25.04.2022
1063 oxunma sayı

Digər xəbərlər