Yeniliklər və xəbərlər

Türkiyədən sifariş et, makiyaja başla

Make-up zamanı arzulanan xoş nəticəni əldə etmək üçün vacib olan amil istifadə edilən məhsullardır. Məhsul nə qədər keyfiyyətlidirsə, makyaj da o qədər keyfiyyətli alınacaq.

 

 Makyaj tətbiq etməzdən əvvəl dərinizin təmiz olduğundan əmin olun. Bunun üçün maskalar və ya dəri təmizləyici gellərdən istifadə edə bilərsiniz. Sonra üzünüzə nəmləndirici çəkin. Quru dəriyə makyaj etmək üzü məsaməli göstərir.

 

L'Oréal Paris nəmləndirici kremi və üz yuma suyu  - bu ikili ilə üz dərinizin təmiz və yumşaqlığının qayğısına qala bilərsiniz. Öz dərinizin tipinə uyğun olanını seçin.

 

Növbəti mərhələdə nəmlənmiş üzünüzə tonal kremi çəkin. Daha çox makiyaj süngəri ilə üzünüzə yayın. Heç bir açıq yer buraxmamağa diqqət yetirin.

 

Maybelline Superstay tonal kremi - Fotoşop effektini realda öz dərinizdə təsəvvür edin və ya elə bu tonal kremdən istifadə etməyiniz kifayətdir.

 

Pudra tonal kreminizin üzünüzdə daha çox qalıcılıq yaratmasına kömək edəcək. Ənlik isə üzü daha isti və real göstərir.

 

Nars pudra və ənlik - möhtəşəm rəng palitrası ilə üzünüzə rəng qatacaqsınız.

 

Daha sonra göz qapaqlarınıza açıq tonlarda göz kölgəsi çəkin. Açıq tonlar gözlərinizin ortaya çıxmasını təmin edir.

 

Göz layneri çəkərkən onun qalınlığını göz tipinizə uyğun tənzimləməlisiniz. Əgər iri gözləriniz varsa, qalın xətlər, kiçik gözləriniz varsa incə xəttlər çəkməlisiniz. Sonda isə cəlbedici göz üçün maskaranızı çəkin.

 

Dior Maskara - kipriklərinizi narin, uzun və həcmli göstərəcək.

 

Dodaq boyanızı çəkməzdən əvvəl dodaq xəttinizi dodaq layneri ilə müəyyən edə bilərsiniz. Bu, dodaq boyanızı daha dolğun edir.

 

Golden Rose - Yayda açıq tonlara, qışda isə tünd tonlara üstünlük verə bilərsiniz.

 

Bu keyfiyyətli və super nəticələr əldə edə biləcəyiniz məhsulları elə indi seçib Türkiyədən sifariş edə bilərsiniz. Bunun üçün https://eyol.az saytına daxil olub, qeydiyyatdan keçməyiniz kifayətdir. Eyol karqo sərfəli qiymətə bağlamalarınızı sizə sürətli çatdırılma edəcək. Siz arzularınıza sərhəd qoymayın, çünki Eyol karqo sərhədləri aşaraq arzularınızı sizə çatdıracaq. Xoş alış-verişlər.

08.08.2022
1159 oxunma sayı

Digər xəbərlər