Yeniliklər və xəbərlər

Sifariş verilən məhsullar hansı halda Gömrükdə qala bilər?

Sifariş verilən məhsullar hansı halda Gömrükdə qala bilər?
Türkiyədən online sifariş artıq hər kəsin işini asanlaşdırıb. Müxtəlif sahələrə uyğun məhsullar bir sifarişlə  Türkiyədən qapınıza qədər çatdırılır. Lakin bəzi hallarda sifarişlərinizin çatdırılması gecikir və yaxud da gömrükdə qalır. Məhsulların gömrükdə qalmasının səbəbləri isə sifarişçilər tərəfindən tez-tez soruşulur. 
Məhsullar gömrükdə qalmasının bir neçə səbəbi ola bilər.

Aylıq məbləğ limitini keçdikdə - bir ay ərzində adambaşına düşən limit 300 dolar təşkil edir. Məhsullarınız gömrüyə gətirildikdə bir ay ərzində sifariş verdiyiniz məhsulların və daşınma haqlarının cəmi hesablanır. Əgər limiti keçmisinizsə məhsulunuzu götürmək üçün əlavə rüsum ödəməli olacaqsınız.Bəs bu rüsum nə qədər olur?

Limiti keçdiyiniz məbləğin cəmdə 36%-ni rüsum təşkil edir. Əlavə olaraq isə vergi ödəməli olacaqsınız. Lakin bu əlavə xərclər yalnız limiti keçdiyiniz məbləğə aid olacaq. Tutaq ki, 315 dollar olubsa yalnız 15 dolların  rüsumunu və vergisini ödəyirsiniz.

Bu limiti keçməmək üçün isə aylıq xərclərinizi izləməlisiniz. Bəs necə izləmək olar? Eyol Kargonun  qeydiyyat linkinə (https://eyol.az/signup.html) daxil olub özünüzə şəxsi kabinet yaradın. Və burada sifarişlərinizi, xərclərinizi rahatlıqla izləyin.  Arxayınlıqla Türkiyədən alış verişin dadını çıxarın)) Lap istəsəniz Eyol Kargonun “Sifariş et” xidmətindən də yararlana bilərsiniz.

Məhsulunuzun gömrükdə qalmasının digər səbəbləri isə ya sifariş  verilmiş məhsulun ölkəyə girişi qadağan olunmuş ola bilər. Ya da sifariş verdiyiniz məhsulun kommersiya məqsədli olduğuna dair şübhə yarandığı halda məhsulunuz gömrükdə qala bilər.

 

26.03.2022
1780 oxunma sayı

Digər xəbərlər