Yeniliklər və xəbərlər

Onlayn alış-veriş nəyə görə yaxşıdır? Türkiyədən sifariş vermək sərfəlidirmi?

Onlayn alış-veriş nəyə görə yaxşıdır? Türkiyədən sifariş vermək sərfəlidirmi?

Alış-veriş etməyən insan yəqin ki, yoxdur. Son zamanlar isə çox adam  online alış-verişi seçir. Bəs online alış veriş nəyə görə yaxşıdır? Bunun səbəbini kiçik araşdırma ilə sizə təqdim edirik:

SƏRFƏLİDİR -  Online sifariş zamanı eyni məhsulun Türkiyədə olan qiymətinin bizdə olan qiymətindən nə qədər sərfəli olduğunu görəcəksiniz. Hətta bizdə endirimdə olan məhsulun qiyməti belə Türkiyə ilə müqayisədə də baha olur. Üstəlik, online sifariş zamanı müxtəlif brendlərin endirim kampaniyalarından yararlanmaq şansı da olur. Məsələn ola bilsin ki, eyni brend Türkiyədə olan mağazasında böyük həcmli endirimlər etsin lakin bu bizdə fəaliyyət göstərən filialına aid olmasın. Bəzən isə brendlər yalnız online alışa xüsusi endirimlər edirlər.

SEÇİM BOLLUĞU VAR -  Öyrəşilmiş və təkrarlanan dəbdən kənara çıxmaq üçün ən yaxşı yol online sifarişdir. Seçim şansı daha çox olduğu üçün istədiyinizi axtararkən həm də məhsula haqqında maraqlanmaq fürsətiniz də olur. Üstəlik, bizdə fəaliyyət göstərməyən bir çox brendən alış-verişi də yalnız online sifariş yolu ilə etmək mümkündür. Hərdən isə ehtiyacımız olan lakin haradan əldə edəcəyimizi bilmədiyimiz məhsulları da online sifarişlə qısa zamanda tapırıq.

VAXTA QƏNAƏT EDİR – Fiziki olaraq istədiklərimizi axtarmaq həddən çox vaxt tələb edir. Lakin online sifariş zamanı siz  ən çox zamana qənaət etmiş olursunuz. Çünki online sifariş saytlarında seçilmiş bir neçə düyməni klikləmək kifayət edir ki, qarşınıza filterləyərək yalnız axtardığınız məhsulları çıxarsın.

Sifariş vermək, çatdırılma kimi məsələləri Eyol Kargoya əmanət edib Türkiyədəki alış-verişinizin dadını çıxara bilərsiniz. Bunun üçün https://eyol.az/signup.html daxil olaraq qeydiyyatdan keçmək kifayət edir ki, Türkiyədən seçdiyin məhsulu qapna çatdıraq.))

26.03.2022
921 oxunma sayı

Digər xəbərlər