Yeniliklər və xəbərlər

Mütləq oxumalı olduğunuz 5 kitab

Kitab oxumaq insanın zehnini yeniləyən, xəyal dünyasını genişləndirən və dünyagörüşünü artıran ən yaxşı vasitədir. Kitablarda yaş və zövq kateqoriyasına görə müxtəlif növlərə bölünür. Bu gün isə kitab sevərlərin oxumalı olduğu kitablardan bir neçəsini bölüşürük.

 

  1. Heyvanıstan - George Orwell

Yazıçı bu romanda bir tarixi faktı tənqid edir. Romanda aparıcı donuzun Stalini simvolizə etdiyi aydındır. Digər qəhrəmanlar isə diktatura şəraitində yaşayan insanları əks etdirir. Əsərin dili nağıl nəql edilirmiş kimi olsa da bu əsər siyasi satiradır.

 

2. Gecənin sonuna səyahət - Louis-Ferdinand Céline

Birinci Dünya Müharibəsindən Afrikaya, Amerikadan Fransadakı ruhi xəstəxanaya qədər həyatın bir yerdən digərinə süzülən qəhrəman Bərdamunun hekayəsi. Bədbəxtlik, xəstəlik, fəsad, dəlilik, ölüm hər yerdədir. İnsanın varlıq qarşısında acizliyi bizi soyuqqanlı bir ritmlə vurur. Simfoniya, qaranlıq, lakin dərin poetikdir, Simone de Bovuarın təbirincə desək, "söz kimi canlı yazı" ilə yazılmışdır.

 

  1. Kiçik şeylərin tanrısı - Arundhati Roy

Qadağan olunmuş sevginin məhv etdiyi ailə dramını ifadə edir. Varlı bir hindu ailəsinin gözəl qızı Ammu onların yanında işləyən bir işçiyə aşiq olur. Onlar bir-birlərinə qarşısıalınmaz, itaətsiz bir ehtirasla bağlanırlar. Gənc oğlan cəmiyyətin ən aşağı təbəqəsindəndir. Sonu olmadığını bildikləri bu sevgidə “xırda şeylərlə” kifayətlənməyə çalışırlar.

 

 

  1. Qəzəb salxımları - Con Steynbek

Kiçik sahibkarların banklar və tacirlər tərəfindən aldadıldığı, insanların quraqlıq, yoxsulluq, zülm və ya sadəcə aclığa görə evlərini tərk etmək məcburiyyətində qaldığı, 3 milyon insanın Kaliforniyada məskunlaşdığı çətin illərdə ayrı-ayrı ailənin dağılmasından bəhs edilir. 1930-cu illərdə immiqrantların tək bir ailə halına gəlməsinə vurğu edilir.

 

  1. Kosmos - Karl Saqan

Kainatın təkamülü, qalaktikaların formalaşması, həyat və şüurun meydana gəlməsindən bəhs edir. Müəllif qədim müdriklərin fikirlərindən, Kepler, Newton və Einstein-nın kəşflərindən, müasir kosmik missiyalara qədər Kainatın dərkinə aparan yolda oxucuya bələdçilik edir.

 

 

Bu kitabları Türkiyədən sifariş üçün https://eyol.az saytına daxil olub qeydiyyatdan keçməyiniz kifayətdir. Eyol karqo karqonuzu Türkiyədən sürətli çatdırılma edərək qısa zamanda sizə gətirəcək.

 

Sifariş üçün ünvan:

https://www.idefix.com

https://www.kitapyurdu.com

https://www.kitapsec.com

Xoş mütaliələr!

30.08.2022
1925 oxunma sayı

Digər xəbərlər