Yeniliklər və xəbərlər

Məhşur Amerika saytı Amazondan necə sifariş etmək olar?

Amerikadan sifariş dedikdə ağıla ilk gələn sayt Amazondur. Dünyanın ən böyük alış-veriş saytlarında olan Amazon müxtəlif kateqoriyaları özündə birləşdirdiyi üçün alıcı kütləsi günü-gündən artır. Üstəlik tez-tez keçirdiyi endirim kampaniyaları, sərfəli qiymət təklfləri ilə öz liderliyini qorumaqda davam edir. Geyimlərdən tutmuş elektronika, məişət əşyalarınadək hər şeyi sadəcə bu saytdan bir dəfə qeydiyyatdan keçərək ala bilmə imkanı onu məhz bir nömrə edən amillərdəndir. Amerikadan sifarişə başlamamışdan əvvəl eyol.az saytına daxil olub qeydiyyatdan keçin. Sonra isə sifarişə rahatlıqla başlaya bilərsiniz.

Amazondan sifariş qaydasının mərhələləri isə belədir:

1.Amazon.com da öz şəxsi profilinizi yaradırsınız. (Trendyolda olduğu kimi) Bundan sonra sifarişlərinizi “səbətə ata’’ növbəti adımda isə elə ordan sifariş edə bilərsiniz.

2.Sifariş zamanı sizdən Amerikada çatdırılma ünvanı tələb olunacaq. Bu zaman Eyol karqonun Amerika anbarının ünvanını dəqiq qeyd edirsiniz.

3.Sifariş etdikdən sonra Amazon e-mail ünvanınıza faktura göndərəcək. Bu fakturanı Eyol karqo profilinizdə bəyan edib, digər məlumatları doldurursunuz.

4.Eyol karqoda anbara daxil olmuş məhsulu bəyan edirsiniz. Amazon məhsulunuzu 3-5 günə anbara təhvil verdikdən sonra, bir həftə ərzində karqonuzu sizə çatdıracağıq.  Xoş alış-verişlər.

 
12.10.2022
3923 oxunma sayı

Digər xəbərlər