Yeniliklər və xəbərlər

Hədiyyənizi Amerikadan sifariş edin

Hədiyyə alarkən də diqqət edilməli bir neçə vacib məqam var. Bunlaradan birincisi hədiyyənizin fərqli olmasıdır. Fərqli hədiyyələr almaq üçün isə öyrəşilməyən yeni ünvanlara üz tutmaq lazım gəlir. Eyol karqo istifadəçilərinin bu arzusunu da Amerika anbarı açmaqla gerçəkləşdirir. İndi artıq sərfəli karqo qiymətləri ilə Amerikadan arzuladığınız bağlamanı seçib doğmalarınıza hədiyyə seçə biləcəksiniz. Bunun üçün ilk olaraq https://eyol.az saytına daxil olub qeydiyyatdan keçin və başlayın.

Nə seçəcəyinizi bilmirsinizsə, qərarsız qalmısınızsa bütün kateqoriya məhsullarının satışı ilə məşğul olan nəhəng saytlara baş çəkməyiniz daha məqsədə uyğun olar. eBay, Amazon, Asos kimi nəhəng saytlarda geyimlərdən tutmuş, elektronik məhsullara qədər bol seçim imkanınız olacaq. Bu saytlarda xüsusi hədiyyə paketləri də sifariş etmək mümkündür. Shop Disney - Disney qəhrəmanları həvəskarı balacalar üçün yəqin ki, bundan böyük hədiyyə ol bilməz. Bu sayt vasitəsi ilə qəhrəmanların geyimlərini, ayaqqabılarını və aksesuarlarını sifariş  edə bilərsiniz.

Amerikadan karqonuzun sərfəli qiymətə çatdırılmasını isə bizə əmanət edin. Amerika anbarına daxil olmuş bağlamalarınızı sizə bir həftə ərzində sürətli çatdırılma edəcəyik. Xoş alış-verişlər.

01.11.2022
2947 oxunma sayı

Digər xəbərlər