Yeniliklər və xəbərlər

Ən çox satan kitabları Türkiyədən sifariş edin

Ən çox satan kitabları Türkiyədən sifariş edin

Türkiyədən sifarişlə şəxsi inkişafınızın qayğısına qala bilərsiniz. Kitablar insanın dünyagörüşünü, nitqini, zehnini inkişaf etdirən, mədəni və əxlaqi dəyərlər qazandıran ən yaxşı vasitədir. Dünyanın müxtəlif dillərindən tərcümə olunmuş kitabları sərfəli qiymətlərlə almaq üçün isə ən yaxşı yol Türkiyədən sifariş etməkdir.
Kitab seçiminizdə sizə kömək olmaq üçün 2021-ci ilin ən çox oxunan kitabları arasından bir neçəsini sizinlə bölüşürük:

Fyodor Dostoyevski – Cinayət və Cəza
Dünyanın ən böyük klassik əsərlərindən olan bu kitab əsrlərdir öz aktuallığını itirmir. Bir gəncin daxili aləmi ilə üz-üzə gəlib sarsılması, qatil olmasından sonra yaranan əxlaqi təlaşı üzərinə yaranan suallarına cavab axtarmasıdır.

Jose Mauro De Vasconcelos – Şəkər Portağalı
“Şəkər Portağalı” avtobioqrafik povestdir. Müəllif böyüklərin ağrı-acısını, dərdini yaşayan, həm də anlayıb yaşayan balaca oğlanın dili ilə öz acı xatirələrini danışır.

Səbahəttin Əli – İçimizdəki şeytan
Roman nakam məhəbbət macərasını xatırladır. Əslində isə əsər Türkiyədəki ziyalıların bütöv bir nəslinin həyat faciəsidir. Qəhrəmanların xarakter və psixologiyası İkinci Dünya müharibəsi ərəfəsində Türkiyədə gedən ictimai-siyasi mübarizə işığında açılır.

Stefan Svayq - Şahmat
Psixoloji janrda qələmə alınan, qəhrəmanın ruhi pozuntularının əks olunması ilə qısa, amma hər baxımdan insanda dərin hissləri yerindən oynadan bir əsərdir. “Şahmat” eyni zamanda da fərqli dünyaların qapısını üzümüzə açır.

Miraç Çağrı Aktaş – Həyat itirdiyin yerdən başlayır
“İtirəndə yox, mübarizə aparmağı dayandıranda uduzarsan...”- bu motivasiya kitabı da ən çox oxunanlar arasında öz yerini tutur.

Saydığımız kitabları Türkiyədən karqo online alış-veriş saytlarından sifariş edə bilərsiniz.
https://www.kitapyurdu.com/
https://www.kitapsec.com/
https://www.kitapzen.com/
https://www.kitapsepeti.com/

Kitablarınızı sürətli çatdırmağı isə Eyol karqoya əmanət edin. Bunun üçün elə indi https://eyol.az/az/signup.html linkə daxil olub qeydiyyatdan keçməyiniz kifayətdir. Sifarişə başlaya bilərsiniz, xoş alış-verişlər)))

10.05.2022
1233 oxunma sayı

Digər xəbərlər