Yeniliklər və xəbərlər

Ayaqqabı seçərkən bunlara diqqət edin

Alış-veriş zamanı ən böyük vaxt şübhəsiz ki, ayaqqabı seçməyə gedir. Onun rəngi, keyfiyyəti, forması və növü insanı fikir ayrılığına salır. Sizin üçün əsas olan keyfiyyətdirsə, istədiyinizi tapmaqda çətinlik çəkməyəcəksiniz. Yenə də ayaqqabı seçərkən diqqət etməli olduğunuz bəzi məqamlar var. Online sifariş zamanı isə bu qaydalara uyğunlaşmaq daha vacibdir.

 

Həm dağda, həm aranda ayaqqabıların keyfiyyətində ortaq bir cəhət olmalıdır. Sukeçirməzlik! Bu önəmli xüsusiyyət sizi həm yağışlı günlərdə isti saxlayaraq sudan qoruyacaq, həm də gölməçələrdən çəkinərək keçməməyinizə şərait yaradacaq.

 

Gəzinti ayaqqabıları müəyyən bir mühit nəzərə alınmaqla hazırlanır. Daban sərtliyi və ya ayaq biləyinin hündürlüyü kimi xüsusiyyətlər gedəcəyiniz ərazi və şəraitdən asılı olaraq dəyişəcək.

 

Keçmişdə demək olardı ki, dəri çəkmələr daha davamlı və onlara qulluq etmək daha asan idi, sintetik çəkmələr isə daha yüngül idi. Hazırda bu fərqlər daha az nəzərə çarpır, buna görə də qərarınızın ən vacib hissəsi ayaq ölçünüzə uyğun seçimlər etməkdir.

 

Ayaq ölçünüzü bildikdən sonra ayaqqabı seçmək rahat olar deyə düşünürsünüz? Bu əksər hallarda belədir, amma ayaqqabıların qəlibləri hər zaman eyni hazırlanmaya bilər. Seçiminizi Trendyoldan edirsinizsə, ordakı rəylər bölməsinə mütləq nəzər yetirin. Müştərilərin verdiiyi rəylər seçiminizdə çox kömək olacaq.

 

Eyol isə bağlamalarınızı sizə çatdırmaq üçün sifarişlərinizi gözləyir. Türkiyədən sifarişlə ayaqqabı almaq Eyolla daha rahat və sərfəlidir. Seçiminizi indi edin və online alış-verişin rahatlığını yaşayın. Siz sifariş edin, biz düz qapınıza qədər çatdırırarıq. Xoş alış-verişlər!

19.09.2022
1102 oxunma sayı

Digər xəbərlər