Yeniliklər və xəbərlər
Amerikadan nələr sifariş etmək olar

Amerikadan “nələr sifariş etmək olar?” Əlbəttə ki, gömrükdən keçirilməsi qadağan olunmuş məhsullardan başqa hər şeyi sifariş etmək olar.
Geyimlər
Xüsusi endirim kampaniyalarından faydalanaraq siz Amerika tərzində geyinə bilərsiniz. Hollywood filmlərində gördüyünüz stillər artıq əlçatandır. Ebay, Amazon, Asos kimi saytlar müxtəlif brendlərin geyimlərini sərfəli qiymətə Amerikadan sifariş etmək imkanı yaradır.
Ayaqqabılar
Shoes.com istər spor olsun, istər klassik bütün ayaqqabı növlərini özündə birləşdirən Amerikanın bir nömrə saytıdır. Bununla bərabər Nike, Convers kimi xüsusilə sevilən markalarından özündən də birbaşa alış-veriş edə bilərsiniz.
Gözəllik məhsulları
Sephora Amerikanın ən məhşur kosmetika və baxım məhsulları təklif edən saytlarından biridir. Burada kosmetikadan tutmuş saç və bədən qulluğuna qədər müxtəlif növ məhsullar yer alır. Bundan başqa Mac cosmetiks, Walgreens kimi saytlara da baş çəkib yeni sevimli məhsullar kəşf edə bilərsiniz.
Məişət əşyaları
Ebay.com, walmart.com gündəlik məişət əşyalarını seçib, üstəlik yeni məhsullar kəşf edə biləcəyiniz nəhəng saytdır.
Bu saytlardan alış-veriş edib çatdırılma ünvanı olaraq Eyol karqonun Amerika anbarının ünvanını qeyd edirsiniz. Növbəti addım isə anbara çatmış məhsulu Eyol karqo və Smart Customs-da bəyan etməkdir.
Beləliklə Amerikadan çatıdırlmanı Eyol karqoya əmanət etmiş olursunuz. Eyol karqo isə Amerikadan sifarişinizi bir həftəyə sizə çatdıracaq. Üstəlik kampaniya davam etdiyi üçün Yasamal ərazisində yaşayanlar 2 manatlıq kuryer xidmətindən istifadə edərək bağlamalarını düz qapılarına qədər sifariş edə bilərlər.