Yeniliklər və xəbərlər

Alış-verişin vaxtı olurmu? Doğru alış-veriş necə olmalıdır?

Əlbəttə ki, alış-verişin daha sərfəli və qənaətli olması üçün xüsusi sehirli vaxtlar var. Qış mövsümünün məhsulları yanvar-fevral və mart aylarında əvvəlki aylara nisbətən endirimdə olur. “Onsuz da bahar gəlir, qış məhsullarını niyə almalıyam?” deyə düşünməyin və gələn ilə sərmayə qoyun. Eyni ilə, yay mövsümün geyimlərinə avqustun sonu və sentyabrda endirim edilir. Gələn yay üçün də bu tarixlərdə alış-veriş edə bilərsiniz.

 

Sevgililər Günündə, Analar Günündə və bayramlar öncəsi Türkiyənin online ticarət saytlarında ciddi endirimlər olur. Alış-verişinizi bu vaxtlara salın. Endirim və kampaniyalardan əvvəl alış-veriş etməyin. Bəzi mağazalar kampaniya öncəsi qiymətləri artırır ki, kampaniya zamanı rahat endirim edə bilsin. Sevdiyiniz məhsulu səbətinizə əlavə edin və endirimi gözləyin.

Bir də alış-verişinizin doğru ürəyinizcə olmasını istəyirsinizsə, bir az düşünün.

 

Əgər adətən aldığınız paltarı bir neçə dəfə geyindikdən sonra sıxılırsınızsa, bəyəndiyiniz parçanı almadan əvvəl düşünün. Bəyəndiyiniz parça yeni mövsüm məhsuludursa, iki dəfə düşünün. Qarderobunuzda o parçanı kombin edə biləcəyiniz paltarlar varmı? Qərarsızsınızsa, bir müddət onun endirimə düşməsini gözləyin. Hələ də istəyirsinizsə, o zaman onu rahatlıqla sifariş edə bilərsiniz.

 

Sonuncusu isə Türkiyədən bağlamalarınızın sizə sürətli çatdırılmasıdır. Bunun üçün elə indi https://eyol.az sayta daxil olub beş dəqiqədə Eyol karqodan qeydiyyatdan keçirsiniz. Bundan sonra İstanbuldan Bakıya karqonuz qısa zamanda çatdırılacaq. Siz Türkiyədən sifarişin dadını çıxarın, çatdırılmanı Eyol karqoya əmanət edin.

30.08.2022
752 oxunma sayı

Digər xəbərlər