Новости

Hansı türk saytlarından sifariş edə bilərəm?

Bu günkü sualımız: Türkiyədən onlayn sifariş üçün ən sərfəli onlayn alış-veriş saytları hansılardır? 

Bu bloqumuzda sizin üçün bir çox fərqli kateqoriyadakı onlayn alış-veriş saytlarını detallı şəkildə izah edərək sizin üçün bir araya topladıq. 

 

Trenyol.com saytından sifariş

Türkiyədən onlayn sifariş deyəndə ilk yada düşən saytlardan birincisi Trendyoldur. Trendyol, hal-hazırda 16 milyondan çox üzvə sahib, 150 milyondan çox məhsul çatdırılması etmiş və ayda 90 milyon şəxs tərəfindən ziyarət edilən onlayn saytdır.

 Dördqat sərfəli qiymətə zövqünüzü oxşayacayaq malları Trendyoldan bizim kargo şirkəti vasitəsilə sifariş edə bilər, sizə verilən seçimlərdən maksimum yararlana bilərsiniz. Trendyolun öz daxilində Trendyol Mila markası da fəaliyyət göstərir ki, bu da sizin üçün ikiqat seçim çoxluğu deməkdir. Beləliklə ilk təklifimiz Trenyol.com saytıdır.

 

Morhipo.com saytından Azərbaycana (Bakıya) sifariş

Morhiponun ən böyük fərqi brend markaları daha sərfəli burdan ala bilməyinizdir. Morhiponun brend markalara etdiyi %90-ə qədər endirimləri sayəsində siz istədiyiniz brend məhsulu buradan daha ucuz qiymətə ala bilərsiniz.

 

Gittigidiyor.com saytından sifariş

 Gittigidiyor-un hal-hazırda 23 milyondan artıq aktiv istifadəçisi var. Bir çox müxtəlif kateqoriyadan mallar tapa biləcəyiniz kimi ikinci əl məhsullara da burada rast gələ bilərsiniz.

 

Hepsiburada.com saytından sifariş

 Türkiyənin digər məşhur onlayn alış-veriş saytlarından biri də Hepsiburada.com-dur. Sayt 35 kateqoriyada 20 milyondan çox məhsul çeşidliyinə sahibdir. Hepsiburada.com 2013-cü ildə isə "Yılın E-ticaret Sitesi" seçilmişdir.

 

Ayakkabidunyasi.com.tr saytından sifariş

Ayaqqabı Dünyası hal-hazırda 62 mağazası olan geniş bir şəbəkəyə sahibdir. Ayaqqabı Dünyası təkcə ayaqqabıları deyil, həm də bütün pərakəndə satış sektorunu onlayn və mağaza satışlarına gətirdiyi yeniliklərlə liderlik edir.

 

İpekyol.com.tr saytından sifariş

İpekyol uzun illərdir ki, geyim sahəsində bir çox uğurlu qadınların ilk seçimi olmağı bacarmış və bu günün ən nüfuzlu hazır geyim markaları sırasında yer almışdır. Ən çox sevilən qadın, geyim və aksesuar modellərini ipekyol.com.tr-dən tapa bilərsiniz. 

 

Mediamarkt.com.tr saytından sifariş

MediaMarkt  50 illik təcrübəsi ilə 14 ölkədə fəaliyyət göstərir. 1000-dən çox mağazası və 65 mindən çox əməkdaşı ilə hər il təxmini 2,1 milyard ziyarətçiyə xidmət göstərir. Alman təcrübəsi və əlverişli qiymətləri ilə dünya markalarını sizlərə təqdim edir.

Onu da qeyd edim ki, Eyol.az  vasitəsilə yuxarıda qeyd edilən saytların hər birindən istənilən məhsulu Türkiyədən onlayn sifariş edə bilərsiniz. 

 

13.09.2020
7042 oxunma sayı