Yeniliklər və xəbərlər

Trendyoldan sifariş addım-addım izah

Trendyoldan sifariş addım-addım izah 2021

Trendyoldan sifariş addım-addım izah bloqumuz vasitəsi ilə siz Türkiyənin ən böyük elektron ticarət nəhənglərindən olan trendyol.com saytında qeydiyyatdan keçmək, trendyoldan azərbaycana sifariş, trendyoldan bakıya sifariş, trenyoldan necə sifariş etmək olar və trendyol azərbaycan qiymətləri ilə ətraflı tanış olacaqsınız. Hazırsınızsa başlayaq.

 

 

Bloq vasitəsi ilə siz aşağıda göstərilən məlumatlarla tanış olacaqsınız:

Trendyolda necə qeydiyyatdan keçmək olar?

Trendyoldan Azərbaycana sifariş qaydası

- Trendyoldan Azərbaycana sifariş - Sifarişin izlənilməsi

- Sifarişin Eyola bəyan edilməsi qaydası

- Trendyolda sifarişi ləğv etmək (iptal etmek) qaydası

 

 

Trendyolda necə qeydiyyatdan keçmək olar?

Trendyol.com saytına daxil olaraq mausu sağ yuxarıda yerləşən "Giriş yap" bölməsinin üzərinə gətirdikdə açılan bölmələrdən "Üye ol" bölməsinə klik edirsiniz. 


Açılan bölməyə emailinizi, şifrənizi və cinsinizi daxil edib qeydiyyatınızı tamamlayırsınız. 

Qeydiyyatınızı tamamladıqdan sonra mausu sağ yuxarıda yerləşən “Hesabım” bölməsinin üzərinə gətirirsiniz. Açılan bölmədə “Hesabım” və ya “Kullanıcı bilgilerim” bölməsinə klik edirsiniz. 


Sol tərəfdə açılan menyuda “Adres bilgilerim” bölməsinə klik edirsiniz. Açılan bölmədə “Yeni adres ekle” butonuna klik edirsiniz. Açılan bölmədə Eyol-un Türkiyədə yerləşən adresini əlavə edirsiniz. 
Adresi əldə etmək üçün Eyol şəxsi kabinetinizə daxil olun. Qeydiyyatınız yoxdursa saytımızda qeydiyyatdan keçin. Qeydiyyatınızı tamamladıqdan sonra Eyol şəxsi kabinetinizdə “Xaricdəki ünvanlarım” bölməsindən Türkiyədə yerləşən anbarımızın ünvanını əldə edə bilərsiniz. 
“Xaricdəki ünvanlarım” bölməsində olan məlumatları müvafiq olaraq Trendyol.com-da adress bölməsinə daxil edib “Kaydet” bölməsinə klik edirsiniz. Artıq Trendyoldan etdiyiniz sifarişlər Eyol-un Türkiyədə olan anbarına göndəriləcəkdir.


Trendyoldan Azərbaycana sifariş qaydası

Trendyoldan Azərbaycana sifariş qaydası ilə bu bölmədə tanış olacaqsınız. Trendyolda bəyəndiyiniz məhsulları seçib səbətinizə əlavə edirsiniz. Məhsulları sizə uyğun olan ölçü və rəngdə səbətinizə əlavə etdikdən sonra, sağ yuxarıda yerləşən “Sepetim” bölməsinin üzərinə klik edərək səbətinizə yığdığınız məhsullarla ətraflı tanış ola bilərsiniz. 

Daha sonra “Sepeti onayla” bölməsinə klik edib alışverişinizi tamamlama mərhlələsinə keçid edirsiniz. 

Sol yuxarıda “Adres bilgilerim” bölməsində yazılan adres yazımızın əvvəlində də qeyd etdiyimiz kimi Eyol şəxsi kabinetinizdə “Xaricdəki ünvanlarım” eyni olacaqdır. Aşağı hissədə isə “Adresime teslim edilsin” seçimini edirsiniz. Digər seçim Türkiyədə yaşayan şəxslər üçün keçərlidir. (Belə ki, trendyol şəhər daxilində bir neçə təslimat nöqtəsi yaratmışdır. Sifariş edən şəxs həmin adresdən sifarişini yaxınlaşıb özü götürür).

Adres bilgilərini yoxladıqdan sonra yuxarıda yerləşən menyu içərisindən “Ödeme seçenekleri” bölməsinə klik edib kart məlumatlarınızı daxil edirsiniz. Kart məlumatlarınızı daxil etdikdən sonra növbəti alışverişlərinizdə hər dəfə kart əlavə etməmək üçün ödəniş kartınızı yaddaşda saxlaya bilərsiniz. Ödəniş kartınız sizin profiliniz daxilində trendyol tərəfindən yaddaşda saxlanılacaqdır. 
Növbəti alışverişlərinizdə yaddaşda olan kartınızla yox başqa kartla ödəniş etmək istəsəniz “Kart bilgileri” bölməsinin sağında yerləşən “Başka bir kart ile ödeme yap” bölməsinə klik edib başqa kartla ödənişinizi edə bilərsiniz.
Kart məlumatlarınızı daxil etdikdən sonra sağ yuxarıda yerləşən trendyolun alışverişlə bağlı şərtini qəbul etmək bölməyə klik edib təsdiq etmək lazımdır. 
(Bölmənin mətni:  Ön Bilgilendirme Koşulları'nı ve Mesafeli Satış Sözleşmesi'ni okudum, onaylıyorum.) Təsdiq etdikdən sonra “Ödeme yap” bölməsinə klik edərək alışverişinizi tamamlayırsınız. Bank kartınızda 3D security aktivdirsə ödənişin həyata keçməsi üçün “Ödeme yap” bölməsinə klik etdikdən sonra açılan bölmədə bankınız tərəfindən SMS-lə sizə göndərilən şifrəni yazaraq ödənişinizi tamamlamış olursunuz.

Trendyoldan Azərbaycana sifariş -  “Sifarişin izlənməsi”

Sifarişinizi tamamladıqdan sonra mausu sağ yuxarıda yerləşən “Hesabım” bölməsinin üzərinə gətirirsiniz. Açılan bölmədə “Siparişlerim” bölməsinə klik edirsiniz.
Açılan səhifədə sifarişləriniz haqqında məlumatlar göstəriləcəkdir. Nəzərə alın ki, hər dəfə etdiyiniz sifariş trendyol üçün 1 sifariş sayılır. Bu səbəbdən də sifarişi bir neçə mağazadan etmisinizsə sifarişin sağıda yerləşən “Sipariş detayı” bölməsinə klik edərək sifariş etdiyiniz hər məhsulun cari vəziyyəti ilə ətraflı tanış ola bilərsiniz. 
“Sipariş detayı” bölməsinə klik etdikdən sonra açılan səhifədə sifarişlərinizin vəziyyəti ilə bağlı “Sipariş tarihi, sipariş numarası, teslimat bilgisi, ödeme bilgisi, satıcı və s. Kimi detallı məlumatlar əldə edəcəksiniz.
Sifarişinizi bir neçə fərqli mağazadan etmisinizsə hər sifarişi mağaza ayrı vaxtlarda xarici anbarımıza təslim ediləcəkdir. Bu isə teslimat olaraq qeyd edilir. 
Yəni siz 2 fərqli mağazadan (Məsələn Zara və Koton) məhsul  sifariş etmisinizsə “Sipariş detayı” bölməsinə klik etdikdə sifarişinizi 2 teslimat olaraq görəcəksiniz. Hər sifarişin cari statusu ilə tanış ola bilərsiniz. Trendyolda sifarişlərin bir neçə statusu olur.
 
Siparişiniz alındı - Sifarişiniz trendyol tərəfindən qəbul edilmişdir.
Siparişiniz hazırlanıyor - Sifarişiniz satıcı mağaza tərəfindən qəbul edilmişdir və hazırlanmağa başlamışdır.
Siparişiniz kargoya verildi - Sifarişiniz satıcı mağaza tərəfindən Eyol xarici anbarına təhvil verilməsi üçün Türkiyədaxili karqoya verilmişdir.
Teslim edildi - Sifarişiniz xarici anbarımıza təhvil verilmişdir.


Sifarişin Eyol-a bəyan edilməsi qaydası

Trendyolda sifarişinizi tamamladıqdan sonra məhsulu Eyol şəxsi kabinetiniz vasitəsi ilə bizə bəyan etməlisiniz. Bəyan etmədiyiniz bağlamaların Azərbaycana göndərilməsi zamanı problemlər yaşana bilər. Belə ki, bəyan edilməyən bağlamalar xarici anbara daxil olan zaman bağlamanın kimə məxsus olması müəyyən edilə bilmir. Bağlamanızı cəmi bir neçə məlumatı daxil etməklə bizə asanlıqla bəyan edə bilərsiniz. Ardıcıllıq aşağıdakı kimidir. 
Eyol “Hesabım” bölməsinə klik edərək şəxsi kabinetinizə daxil olursunuz.
“Öncədən bəyan et” bölməsinə klik edirsiniz.
Açılan bölmədə “Tracking id/Sifariş nömrəsi” bölməsinə Trendyolda etdiyiniz sifarişin “Sipariş numarası”-nı yazırsınız.
“Mağaza” bölməsinə trendyolda məhsulu aldığınız mağazanı qeyd edirsiniz. Sipariş detayına baxan zaman sifarişi etdiyiniz mağazanın adı qeyd edilmişdir. 
Məhsulun aid olduğu kateqoriyanı qeyd edirsiniz.
“Məhsulun invoys qiyməti” bölməsinə həmin sifariş üçün məbləği TL ilə daxil edirsiniz. 
“İnvoys əlavə et” bölməsinə sifariş detayında məhsulların göründüyü ekran görüntüsü (Screenshot) faylını yükləyirsiniz.

Məhsul xarici anbarımıza daxil olduqdan sonra bağlamanın Azərbaycana göndərilməsi üçün həmin bağlamanı Smart Customs vasitəsi ilə gömrük orqanına bəyan etməlisiniz. Aşağıda qeyd edəcəyimiz səhifələrə keçid edərək smart customs tətbiqində necə qeydiyyatdan keçəcəyiniz və məhsulu smart customs-a bəyan etməklə bağlı bütün məlumatlarla tanış ola bilərsiniz. 
Smart Customsda qeydiyyatdan keçmək
Məhsulun Smart Customsa bəyan edilməsi

 
Trendyolda sifariş ləğv etmək (iptal etmek) qaydası

Trendyolda sifarişi ləğv etmək üçün Hesabınızda "Siparişlerim" bölməsinə daxil olursunuz. İptal etmək istədiyiniz sifarişinizdə olan "Sipariş detayı" bölməsinə klik edirsiniz. Hansı sifarişinizi iptal etmək istəyirsinizsə həmin teslimatda olan sifarişin sağ tərəfində olan "İptal et" bölməsinə klik edirsiniz.
Trendyol Azərbaycan qiymətləri
Trendyoldan Azərbaycana qiymətlərimiz 100 qramadək 1 USD-dən başlayır. Maye ilə adi məhsul tariflərimiz isə 750 qramadək eynidir. 1 kq üçün qiymətimiz isə 3.7USD təşkil edir. Sərfli tariflərimizlə Trendyol sifarişlərinizi bizimlə daşıya bilərsiniz.

Tariflərimizlə tanış olmaq üçün Tariflərimiz səhifəsinə keçid edə bilərsiniz.

Xarici anbarımıza təslim edilən məhsullar 5-7 iş günü ərzində Azərbaycan anbarımızda olur. Elə indi qeydiyyatdan keç 
Ümid edirik trendyoldan sifariş addım-addım izah yazımızla trendyoldan özünü sifariş et problemini həll edə bildik. Trendyoldan bakıya sifariş Eyol ilə daha sərfəli həm də sürətlidir.

Bloqumuzu sona qədər oxudunuzsa sizə kiçik bir hədiyyəmiz var. İndi qeydiyyatdan keçin və 30 gün müddətində 10% endirim əldə edin. Promokodunuz aşağıdadır. Promokodu aktivləşdirmək üçün qeydiyyatdan keçib şəxsi kabinetinizə daxil olun. Şəxsi kabinetinizdə "Promokodlar" bölməsinə keçid edərək qeyd olunan promokodu əlavə edib, endirimdən yararlana bilərsiniz. 

Promokodu dostlarınıza göndərərək onların da endirimdən yararlanmasına kömək edə bilərsiniz. 

eyol-endirim-promokodu

23.08.2021
20834 oxunma sayı

Digər xəbərlər