Yeniliklər və xəbərlər
Smart Customs tətbiqində qeydiyyatdan keçmək qaydası
Smart Customs tətbiqində qeydiyyatdan keçmək qaydası
Smart Customs tətbiqində qeydiyyatdan keçmək adlı yazımızı sona qədər oxumaqla Smart Customs mobil tətbiqində və web versiyasiyada ( https://e.customs.gov.az/ ) necə qeydiyyatdan keçəcəyiniz haqqında bütün məlumatları əldə edəcəksiniz.
Smart Customsun web versiyasında qeydiyyatdan keçmək.
İstər mobil tətbiq, istərsə də web versiyada qeydiyyatdan keçmək üçün öz adınıza olan nömrə lazım olacaqdır. Tətbiqdə qeydiyyatdan keçmək üçün gərəkli olan şeylər:
-
Şəxsiyyət vəsiqənizin FİN kodu
-
Öz adınıza olan aktiv nömrə (təsdiq üçün 6 rəqəmli kod gələcəkdir.)
İlkin olaraq sayta daxil olmalısınız (link: https://e.customs.gov.az/).
Açılan pəncərədə Asan login seçminin altında olan Asan Login seçiminə daxil olmalısınız.
Həmin seçilən pəncərə daxil olduqdan sonra aşağıda göstərilən pəncərə açılacaqdır.
Açılan pəncərədə “İndentifikasiya nömrəsi ilə” seçiminə daxil olmalısınız.
Həmin pəncərəyə daxil olduqdan sonra açılan pəncərədə “Qeydiyyat” bölməsinə klikləyirsiniz.
Əgər qeyd etdiyiniz mobil nömrə daxil etdiyiniz FİN koda uyğun şəxsin adına deyilsə sistem XƏTA verəcəkdir.
Smart Customs tətbiqində qeydiyyatdan keçmək.
Əvvəlcə mobil tətbiqi telefonunuza yükləməlisiniz.
Linklər:
Android - https://play.google.com/store/apps/details?id=com.crocusoft.smartcustoms&hl=az&gl=US
İOS - https://apps.apple.com/us/app/smart-customs/id1500376466
Mobil tətbiqi yükləyib mobil telefonunuza quraşdırdıqdan sonra, mobil tətbiqə daxil olaraq “Asan login” seçiminə daxil olursunuz. Bir çox şəxs yalnış olaraq “İstifadəçi adı və parolu” seçiminə daxil olub, ölkələr arasında Azərbaycan seçiminin olmamasından şikayətlənir. Tətbiqin özündə də bildirildiyi kimi “İstifadəçi adı və parolu” seçimi əcnəbi vətəndaşlar üçün nəzərdə tutulmuşdur.
“Asan login” bölməsinə daxil olduqdan sonra açılan bölmədə web versiyada olduğu kimi “İndentifikasiya nömrəsi ilə” bölməsinə daxil olursunuz.
Açılan səhifədə “Qeydiyyat” bölməsinə klikləyirsiniz.
Qeydiyyat bölməsinə kliklədikdən sonra, açılan bölmədə “Mobil nömrə ilə qeydiyyat” seçiminə klikləyirsiniz.
Açılan bölmədə uyğun olaraq İndentifikasiya nömrəsini (Vəsiqənizin FİN kodunu) və öz adınıza olan nömrəni daxil edib qeydiyyatınızı tamamlayırsınız.
QEYD: Daxil edilən indentifikasiya nömrəsi (vəsiqənin FİN kodu) ilə mobil nömrə eyni şəxsə aid olmalıdır. Əks halda sistem XƏTA verəcəkdir.
Smart Customs tətbiqində qeydiyyatdan keçdikdən Eyol.az şəxsi kabinetinizdə sizə daxil edilən tracking kodları istifadə edib öz bağlamalarınızı Gömrük orqanına rahatlıqla bəyan edə bilərsiniz. Eyol.az ilə sifariş etmək həm sərfəlidir, həm də sürətli. 1 USD-dən başlayan qiymətlərimizdən yararlanmaq üçün indi qeydiyyatdan keçin.