Yeniliklər və xəbərlər
Smart Customs tətbiqində bəyan etmək qaydası
Bloqun mündəricatı (sizə uyğun olan başlığa klikləyərək birbaşa o bölməni oxuya bilərsiniz)
- Smart Customs tətbiqində bəyan etmək qaydası (ümumi məlumat)
- Smart Customs tətbiqinə daxil olmaq qaydası
- Smart Customs tətbiqində məhsulun bəyan edilməsi qaydası
- Bildiriş olmadan Smart Customs tətbiqinə məhsul bəyan etmək
- Smart Custom tətbiqində qeydiyyat və bəyənnamə əlavə edilməsi videosu
Smart Customs tətbiqində bəyan etmək qaydası.
Smart Customs tətbiqində bəyan etmək qaydası yazımız vasitəsi ilə siz: Smart Customs tətbiqində məhsulu tam sıfırdan sona qədər bəyan etmək qaydasını öyrənəcəksiniz. Qaydalar içərisində Smart Customs-a məhsulun tracking ID məlumatını daxil etmək, məhsulun invoys qiymətinin yazılması, Smart Customs tətbiqində bəyənnamə əlavə edən zaman məhsulların əlavə edilməsi, bağlamada bir neçə məhsul olarsa digər məhsulu necə əlavə edəcəyiniz barədə bütün məlumatlar qeyd edilmişdir. Hazırsınızsa yazını sona qədər oxuyun.
Əgər Smart Customs tətbiqində qeydiyyatdan keçməmisinizsə “Smart Customs tətbiqində qeydiyyatdan keçmək qaydası” yazımızı oxuyaraq Smart Customs-un mobile app və web versiyasında necə qeydiyyatdan keçə biləcəyiniz barədə məlumat əldə edə bilərsiniz.
Smart Customs tətbiqinə daxil olmaq forması
Qeydiyyatınız tamamlandıqdan sonra https://e.customs.gov.az/auth/login linki vasitəsi ilə smart customs tətbiqinin daxil olmaq paneline keçid edirsiniz. Daha sonra “Asan Login” bölməsinə klik edib açılan pəncərədə yenidən “Asan login” butonuna klikləyirsiniz. Növbəti açlan pəncərədə “İdentifikasiya nömrəsi ilə” bölməsinə klik edərək açılan səhifədə şəxsiyyətinizi təsdiq edən sənədin FİN nömrəsini daxil edib “irəli” butonuna klikləyirsiniz. Açılan səhifədə şifrərinizi yazaraq sistemə daxil olmuş olursunuz.
Smart Customs tətbiqində məhsulun bəyan edilməsi qaydası
Şəxsi kabinetinizə daxil olduqdan sonra solda olan pəncərədə “Fiziki şəxslər üçün” olan bölməyə klik edib “Sadələşdirilmiş bəyənnamə - Elektron ticarət” bölməsinə klik edirsiniz.
Açılan pəncərədə əgər xarici anbara daxil olmuş məhsulunuz varsa sistem sizə mövcud xarici anbarda olan və bəyan etməli olduğunuz məhsul haqqında aşağıda göstərilən formada bildiriş görünəcəkdir. (ilkin olaraq bildiriş vasitəsi ilə bəyan edilməsi izah ediləcəkdir, yazının davamında isə bildiriş olmadan bəyan etmək qaydası izah ediləcəkdir)
“Bəyan et” butonuna klik edərək bildirişi gələn bağlamanın bəyan edilməsi mərhələsinə başlaya bilərsiniz. “Bəyan et” butonuna kliklədikdən sonra açılan pəncərədə şəxsi məlumatlarınızın doğruluğunu yoxlayaraq ən aşağıda olan bölməyə əlaqə nömrənizi qeyd edirsiniz.
Bildiriş vasitəsi ilə bəyan etmə prossesinə başladığınız üçün açılan növbəti səhifədə
- Bağlama izləmə nömrəsi (tracking id)
- Daşıyıcı şirkət
- Göndərən ölkə
- Satıcı (alış ünvanı)
Məlumatları sistem tərəfindən avtomatik formada dolduruluş olacaqdır.
“İrəli” butonuna klik edərək növbəti səhifədə bağlamaya daxil olan məhsulların bəyənnaməyə əlavə edilməsi mərhələsinə keçid edirsiniz. Açılan səhifədə sol yuxarıda olan “Yeni mal əlavə et” butonuna klik edərək baglama daxilində olan məhsulları bəyənnaməyə əlavə etmək lazımdır.
“Yeni mal əlavə et” butonuna klik etdikdən sonra açılan pəncərədə baglama daxilində olan məhsulun məlumatlarını daxil edirik. (Nümunə trendyoldan sifariş edilmiş gümüş boyunbağ üzərindən izah edilmişdir)
Bu bölmədə siz malın aid olduğu əsas qrupu seçirsiniz, daha sonra malın aid olduğu altqrupu seçirsiniz, malın invoys qiymətini qeyd edirsiniz (invoys qiymətin eyol şəxsi kabinetinizdə bağlamalarım bölməsi vasitəsi ilə öyrənə bilərsiniz), həmin invoys qiymətinin valytasını qeyd edirsiniz, bildiriş vasitəsi ilə bəyan edildiyi üçün daşınma xərci sistem tərəfindən avtomatik olaraq qeyd ediləcəkdir. Miqdarı bölməsində isə həmin məhsulun bağlama içərisində olan sayını qeyd edib “Əlavə et” butonuna klik edirsiniz.
Vacib qeyd:
Əgər eyni baglama daxilində fərqli kateqoriyadan olan bir neçə mal mövcud olarsa bəyənnaməni təsdiqləmədən əvvəl “Yeni mal əlavə et” butonuna klik edərək həmin bağlamaya o malları da əlavə etməlisiniz.
Məsələn: Siz Trendyolda Zaradan şalvar və köynək sifariş etmisiniz. Hər ikisi eyni mağazadan sifariş edildiyi üçün eyni bağlamada xarici anbarımıza daxil olub, eyni bağlamada da yerli anbarımıza göndəriləcəkdir. Bu bağlamanı sizə bəyan edən zaman hər iki məhsulu (şalvar və köynək) 1 bəyənnamə içərisində qeyd etməlisiniz. Yəni 1 bağlama daxilində olan hər iki məhsulu o bağlama üçün yazdığınız bəyənnamədə göstərməlisiniz. (yeni bəyənnamə əlavə etmirsiniz. Təsdiq mərhələsindən əvvəl “Yeni mal əlavə et” butonuna klik edərək digər məhsulun ayrılıqda kateqoriyasını, alt kateqoriyasını, invoys qiymətini, və miqdarını göstərməlisiniz. Eyni bəyənnamə daxilində 2-ci məhsulu əlavə etdiyiniz üçün sistem tərəfindən avtomatik daşınma xərci 0 olaraq qeyd ediləcəkdir. Digər məhsulun invoys qiymətini trendyol profilinizdən məhsul üçün ödədiyiniz məbləğ olaraq qeyd etməlisiniz. Eyol profilinizdə bağlamanın yekun qiyməti qeyd edilir, baglama daxilində hər məhsulun ayrılıqda qiyməti qeyd edilmir.)
Bütün mərhələləri tamamladıqdan sonra aşağı bölmədə olan məlumatların doğruluğunu təsdiqləmə bölməsini işarələdikdən sonra “Təsdiqlə” botonu aktiv olacaqdır. “Təsdiqlə” butonuna klikləyərək bəyənnamənizi təsdiq edə bilərsiniz.
Bildiriş olmadan smart custom tətbiqinə məhsul bəyan etmək
Bildiriş olmadan smart customs-a bağlama bəyan edən zaman bütün prosseslər yuxarıda qeyd edilən ardıcıllıq üzrə gedəcəkdir. Sadəcə 2-ci mərhələdə məhsulun Tracking id məlumatını, Daşıyıcı şirkəti, göndərən ölkə məlumatını və Satıcı məlumatını əl ilə daxil edəcəksiniz. Son mərhələdə məhsulun daşınma qiymətini də manual olaraq əlavə edəcəksiniz. Məhsulun tracking məlumatını Eyol şəxsi kabinetinizdə “Bağlamalarım” bölməsində tapa bilərsiniz. Nümunə olaraq aşağıda qeyd olunan şəkildə bağlamanın EYL ilə başlayan trackink id məlumatı qeyd edilmişdir.
Smart Custom tətbiqində qeydiyyat və bəyənnamə əlavə edilməsi videosu
Youtube kanalımızda yayımladığımız video vasitəsi ilə Smart Customs tətbiqində qeydiyyatdan keçmək, bəyənnamə əlavə edilməsi ilə detallı tanış ola bilərsiniz.
Siz də bağlamalarınızın daşınmasını bizə əmanət edərək 1 dollardan başlayan qiymətlərimizdən yararlana bilərsiniz. Məhsulunuz Türkiyə anbarımıza daxil olduqdan sonra 3-7 iş günü ərzində Bakı anbarımızdan təhvil verilməyə hazır olur.
Əgər hələ də qeydiyyatdan keçməmisinizsə “Tariflərimiz” səhifəsindən tariflərimizlə tanış ola və ya “Qeydiyyat” səhifəmiz vasitəsi ilə Eyol.az ailəsinə qoşula bilərsiniz. Ailəmizin sayı hər gün daha da çoxalmaqdadır. Sizi aramızda görməkdən çox məmnun olarıq.
Biz arzularınızı çatdırırıq!