Yeniliklər və xəbərlər

Smart Customs nədir?

Smart Customs nədir?

❗️Diqqətinizə çatdırmaq istəyirik ki, gömrüklə bağlı yeni dəyişikliklərə əsasən bağlamanız xarici anbara çatdıqda əldə etdiyiniz ”izləmə kodu” (Track ID) vasitəsi ilə bəyan etməlisiniz. Əks təqdirdə bağlamanızın Bakı anbarımıza göndərilməsi mümkün olmayacaq. Məhsulunuzun vaxtında çatdırılması üçün qeyd olunan ardıcıllığa əməl etməlisiniz.

 

 

1. Sifariş etdikdən sonra eyol.az səhifəsində şəxsi kabinetdə bəyyannamə yığılmalıdır.

 

2. Bağlamanız xarici anbara çatdıqdan sonra sizə mail, sms və şəxsi kabinet vasitəsilə izləmə kodu (Track ID) göndəriləcək.

 

3. Göndərilən məlumatlar əsasında izləmə kodunu (Track ID) istifadə edərək, “Smart customs“ mobil tətbiqi vasitəsi ilə bəyan etməlisiniz.

 

✅Eyol-un təqdim etdiyi “Sifariş et” funksiyasında isə link göndərirsiniz, sifarişiniz və bəyannaməniz şirkətimiz tərəfindən icra olunur. Yalnız məhsulunuz xarici anbara çatdıqdan sonra Eyol tərəfindən göndərilən məlumatlar əsasında “Smart customs” - da bəyannamə özünüz tərəfindən Asan loginlə icra olunacaq.

 

❓Bəs “smart customs” nədir? Necə istifadə edilir?

Tətbiqi mobil telefon və ya kompüterə yükləyərək istifadə edə bilərsiniz. Tətbiqi yüklədikdən sonra asan loginlə qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı və sifarişlərinizi şəxsi kabinetinizdən bəyan etməlisiniz.

 

Daha sonra tərəfimizdən sizə izləmə nömrəsi (tracking ID) göndəriləcək. Verilən izləmə nömrəsi və məlumatlar əsasında “Smart customs” tətbiqində bəyannamə yaradacaqsınız.

 

 

Daha ətraflı məlumat almaq üçün linkə klikləyin: https://www.youtube.com/watch?v=6AA0XnGNMP0

Diqqətiniz üçün təşəkkürlər!

 

Yeni ünvanımız: Koroğlu Rəhimov 77 G (köhnə Atabank Gənclik filialı)

Əlaqə nömrəsi: +994 12 310 58 10

WhatsApp: +994 99 310 58 10

26.09.2020
12688 oxunma sayı

Digər xəbərlər