Yeniliklər və xəbərlər

Şəxsi gigiyenada nələrə diqqət edilməlidir? Sərfəli qiymət və sürətli xidmətlə Türkiyədən sifariş edin

Şəxsi gigiyenada nələrə diqqət edilməlidir? Sərfəli qiymət və sürətli xidmətlə Türkiyədən sifariş edin

Kiçikdən böyüyə hər kəsin gündəlik diqqət etdiyi şəxsi gigiyena rutinləri var. Lakin bəzi məsələləri hərdən gözdən qaçırırıq və yaxud ertələyirik. Unutmaq olmaz ki, şəxsi gigiyenamızı qorumaq həm də sağlamlığımızın qeydinə qalmaqdır. Bəs şəxsi gigiyena çantamızda nələr olmalıdır?


1. Dəri qulluq məhsulları
Hər kəs gözəl dəriyə sahib olmaq istəyir. Bunun başlıca sirri əlbəttə ki, dərinin xüsusi qulluq məhsullarından keçir. Gündəlik baxım rutininizdə ən iki dəfə dərinizi təmizləməli və xüsusi qulluq göstərməlisiniz. Bunun üçün də gigyenik çantanızda ən azı nəmləndirici krem mütləq olmalıdır.

2. Ağız qulluq məhsulları
Dişlərə qulluğu uşaqlarınıza kiçik yaşdan öyrədin. Sağlam diş gözəl görüntü ilə yanaşı təravətli nəfəs də deməkdir. Pasta və xüsusi telləri olan diş fırçanızı yanınızdan ayırmayın. Ağız yaxalama suları diş ətləri üçün xüsusilə faydalı olur.
Bunlardan başqa diş ipləri və dişi ağardan xüsusi məhsullardan istifadə etsəniz yolunuz diş həkiminə daha az düşər.

3. Saça qulluq məhsulları
Saç insanın ən təbii aksesuarıdır. Onu parlaqlığını, həcmini qorumaq üçün düzgün şampun, balzam və maskalaradn istifadə olunmalıdır.

4. Ayaq və əl gigiyenası
Əllərə qulluqla yanaşı ayaqlar da xüsusi qulluq tələb edir. Bu rutini etmədikdə ayaqda göbələk, eqzema kimi xəstəliklər yarana bilər.

Həm sağlamlığınız həm gözəlliyiniz üçün gigiyenanıza qulluq edin. Bu məhsulları keyfiyyətli seçin, Türkiyədən daha sərfəli qiymətlərlə sifariş edin. Sürətli çatdırılmanı isə Eyol karqoya əmanət edin. Sevilən karqonuz Eyol Türkiyədən karqonuzu sizə qısa zamanda çatdıracaq. Sizə isə xoş alış-verişlər.)))
 

06.06.2022
133 oxunma sayı

Digər xəbərlər