Yeniliklər və xəbərlər

Hüquqi şəxslərin Türkiyədən sifarişi

Hüquqi şəxslərin Türkiyədən sifarişi

Sevilən karqo Eyol müştərilərini daim yenilənən xidmətləri ilə sevindirir. Eyol sərfəli qiymətləri və sürətli çatdırılma etməsi ilə ən çox tövsiyyə olunan karqodur. Bu dəfə isə sizə Eyolun yeni xidmətini xəbər veririk. Artıq Eyol karqo ilə Hüquqi şəxslər də Türkiyədən sifariş edə biləcəklər.

Hüquqi şəxslərin sifarişi şəxsi istifadə məhsulu olmayan, şirkət adına sifariş edəcəyiniz bağlamalara aid olunur. Bu məhsulların Türkiyədən karqo ilə çatdırılması üçün Hüquqi şəxs olaraq qeydiyyatdan keçməlisiniz.

Sifariş verdiyiniz məhsulların çatdırılması üçün qeydiyyat zamanı Eyol karqonun Türkiyə ünvanını qeyd edirsiniz. Məhsullar Türkiyə anbarına təhvil verildikdən sonra fiziki şəxslərdən fərqli olaraq hüquqi şəxslər smart custom tətbiqində bəyannamə etmirlər. Eyol karqonun Türkiyə anbarına daxil olmuş məhsulların məlumatları Gömürk orqanlarına ötürülür.  Eyol karqo tərəfindən daşınmış məhsulların Gömrükdən təhvil alan şəxs qeydiyyatdan keçmiş şirkətin rəhbər nümayəndəsi və ya etibarnamə verilmiş şəxs olmalıdır. Lakin bu prosesdə iştirak etmək istəmirsinizsə  Eyol karqonun xidmətindən istifadə edərək məhsulun Gömrükdən təhvil alınmasını Eyol-a əmanət edə bilərsiniz. 

Bəs Hüquqi şəxslər qeydiyyat prosesi necə olur? Bunu sizə mərhələli şəkildə  izah edirik:

1. Eyol karqonun telefona yüklənən mobil tətbiqi və ya Eyol.az saytına daxil olub qeydiyyat butonuna klikləyirsiniz.
2. Qarşınıza çıxan iki xanadan “Hüquqi şəxs” olanı seçirsiniz.
3. Açılmış pəncərədə Şirkətin adı, Vöen, ünvan kimi bütün məlumatları daxil edib qeydiyyatı tamamlayırsınız.


https://eyol.az/az/signup.html linkə daxil olub, elə indi qeydiyyata başlaya bilərsiniz. Siz Türkiyədən alış-verişin dadını çıxarın, sürətli çatdırılmanı Eyol karqoya əmanət edin.

 

10.05.2022
1307 oxunma sayı

Digər xəbərlər