Yeniliklər və xəbərlər

Fit olmağın yollarını Türkiyədən sifarişlə kəşf et

Fit olmağın yollarını Türkiyədən sifarişlə kəşf et
İsti yay günləri artıq qapıdadır. Ən sevdiyimiz geyimi geyinməyə sayılı günlər qalıb. Dənizə əyləncələri üçün indidən səbirsizlənirik. Bəs bədənimiz necə? O da yeni mövsümə hazırdırmı? Əgər hazır deyilsə başlamaq üçün hələ də gec deyil. Elə indi Türkiyədən karqo ilə müxtəlif fitnes alətlərini sifariş edə bilərsiniz.

Həm sağlam həm də fit bədənə sahib olmaq üçün idmanı həyat tərzinə çevirmək lazımıdır. Aktiv həyat tərzi və yediyimiz qidalara diqqət  istədiyimiz nəticəni almaq üçün bu prosesi sürətləndirir. İntensiv məşqlər üçün təkcə idman zallarına getmək kifayət etmir. Bəzən buna zaman ayırmaq da mümkün olmur. Lakin Türkiyədən istədiyiniz fitnes alətini sifariş edərək evdə öz idman zonasını yarada bilərsiniz.

Əzələləri möhkəmləndirmək və bədənin xüsusi forma alması üçün əl, ayaq, sinə yayını Türkiyədən karqo ilə sifariş edin.

Qapıya, divara bir sözlə evin müxtəlif hissələrinə yerləşdirilə bilən barfiks çubuğu bağlamanızın içində mütləq olsun. Çiyin, bel, qol, qarın əzələlərini möhkəmləndirmək üçün ideal məşq alətidir. Həmçinin yeniyetmə uşaqların boy artımı üçün də bu hərəkət olduqca vacibdir.

Oturduğunuz yerdə də aktiv olmaq mümkündür. Qol və əl əzələlərinizi sevdiyiniz filmə baxaraq dirəncli əl yayı ilə hərəkət etdirə biləcəksiniz.

Twister bel incəltmə aləti ilə həm əylənəcək həm də istədiyiniz nəticəni ala biləcəksiniz. Alətin istifadəsindən əvvəl isinmə hərəkətləri edin, istifadə zamanı sərt hərəkətlər etməyin.
Sadaladığımız və bir çox bu cür alətləri Türkiyədən sifariş edin. İstanbuldan Bakıya çatdırılmanı Eyol karqoya tapşırın. https://eyol.az/az/signup.html linkə daxil olun, qeydiyyatdan keçin. İndi isə alış-verişin dadını çıxarın, Türkiyədən karqonuzu Eyol əməkdaşları istəsəniz düz qapınıza qədər çatdıracaqlar.

 

06.06.2022
1187 oxunma sayı

Digər xəbərlər