Yeniliklər və xəbərlər

Eyolun Amerika anbarı açıldı

Bu gün də Eyol istifadəçilərinə yeni şad xəbərlə gəlmişik. Eyol artıq arzularınızı sizə Amerikadan çatdıracaq. Almaq istəyib “ancaq Amerikada var” dediyiniz hər şey artq çox əlçatandır. Eyolla Amerikadan sifariş etmək isə çox asandır.

Əvvəlcə hələ də qeydiyyatdan keçməmisinizsə eyol.az saytına daxil olub iki dəqiqədə qeydiyyatdan keçin və sifarişə başlayın. İlk dəfə üçün ən məhşur saytları seçə bilərsiniz. Məsələn: Amazon, Ebay kimi böyük online ticarət mərkəzlərindən sizə lazım olan hər şeyi seçib tapmaq mümkündür.

Alış-veriş etdikdən sonra çatdırılma ünvanı olaraq Eyolun Amerikadakı anbarının ünvanını qey edirsiniz. Anbarımıza daxil olan karqonuzu sizə sürətli çatdırılma etmək bizim əsas arzumuzdur. Bunun üçün də karqonuzu bir həftə müddətində Amerikadan çatdırılma edəcəyik.

Amerikadan karqonuzu 3 filialımıza da heç bir məhdudiyyət olmadan  çatdırılma edirik. Yasamal ərazisində yaşayan istifadəçilərimiz isə Amerikadan gələn karqosunu  cəmi 2 manata kuryer xidməti ilə düz qapılarına qədər sifariş edə bilərlər. Xoş alış-verişlər.

 
 
12.10.2022
1752 oxunma sayı

Digər xəbərlər