Yeniliklər və xəbərlər

Eyol ailəsi olaraq yardım aksiyası başladırıq

Eyol ailəsi olaraq Qadın və Uşaq Sığınacağı üçün yardım aksiyasına start veririk!
Uşaqlar gününə özəl başlatdığımız bu aksiyada iştirak etmək üçün Türkiyədən eyol.az vasitəsilə aşağıda qeyd olunan əsas ehtiyac məhsullarından sifariş edə bilərsiniz:
-qadın paltarları;
-uşaq paltarları;
-uşaq oyuncaqları;
Sifariş zamanı “Öncədən bəyan et” və yaxud “Sifariş et” ximətimiz bölməsində olan “Yardım aksiyası üçün olan bağlamadır” qarşısında olan bölməyə ✅ klikləyin.
Aksiya üçün sifariş edilən məhsullar Pulsuz olaraq daşınacaqdır.
Məhsullar anbarımızda, digər məhsullardan fərqli olaraq ayrılıqda toplanılacaq. Əvvəlcədən elan olunacaq tarixdə Eyol ailəsi olaraq yığılan məhsulları sığınacağa aparacağıq. Yardım aksiyasında iştirak edib, etməməsindən asılı olmayaraq, bizimlə birlikdə gəlmək istəyən şəxslərin əvvəlcədən bizə müraciət etməsi xahiş olunur.
Aksiyaya barədə digər məlumatlar ilə bağlı bizə yaza bilərsiniz. Yardım aksiyasına qoşulmaq üçün tələsin, bu gözəl addımda sizin də payınız olsun.
❗️ Qeyd: Aksiyada iştirakla bağlı məhsul sifarişi üçün son tarix 22.06.2021 tarixidir. Sifarişlərinizi həmin tarixə qədər verməyinizi xahiş edirik
01.06.2021
3144 oxunma sayı

Digər xəbərlər