Yeniliklər və xəbərlər

“Black Friday” nədir? (2020)

Black Friday nədir? (2020)

Bu bloqda sizə hər il keçirilən möhtəşəm endirim günü “Black Friday” - dan  bəhs edəcəyik. Black Friday nədir? Bu günlərdə Türkiyədən Azərbaycana sifarişlərdə nə qədər endirim qazana bilərsiniz? - kimi suallara bu bloqda cavab tapa biləcəksiniz.

Black Friday (tərcümə “qara cümə”) - ABŞ-da Şükür Günündən sonrakı cümə günüdür. Black Friday – bu ilin ən parlaq və unudulmaz cümələrindən biridir, bu böyük endirimlərin olduğu və qənaət etmək istəyən alış-veriş sevərlərin günüdür.

Elə həmin gündən ənənəvi milad endirimləri başlayır. Bu gündə endirim etmək adəti, hələ XIX əsrdə yaranıb, “Black Friday” termini isə 1966-cı ildə meydana gəlib və ilk olaraq  ABŞ-ın şərq sahillərində işlənməyə başlayıb. Şükür günü hər noyabr ayının dördüncü cümə axşamı qeyd olunduğuğu üçün, Black Friday 23 - 29 noyabr arasına düşür.

 

Black Friday endirimləri neçə faizdir?

Black Friday günü mağazalar çox tez, təqribən sahər 5-də, bir çox böyük alış-veriş mərkəzləri isə gecə yarısından etibarən açılır. İlk gələn alıcıları cox ciddi 50-90% arası endirimlər  gözləyir, bunun səbəbi mümkün olduğu qədər çox alıcı cəlb etməkdir. Amerikada başlayan bütün dünya ölkələrində bir ənənə halına çevrildi. Artıq təkcə Amerika yox Türkiyə, İngiltərə də bu ənənəyə qoşulur və illərdir hər noyabrın axırı bütün mağazalarında möhtəşəm endirimlər edir.

 

Black Friday-da endirim edən markalar hansıdır?

5–29 Noyabr 2019 tarixləri arasında isə Morhipo-da People by Fabrika, D by Divarese, NGSTYLE, həmçinin Koton, Ipekyol, Twist, NetWork, Beymen, Mavi kimi sevilən markaların da 70%-ə qədər endirimlərini görə biləcəksiniz.

23.11.2020
3879 oxunma sayı

Digər xəbərlər