Yeniliklər və xəbərlər

Payızın əlvan rənglərinə boyan

Plaş və çəkmələr mövsümünə doğru getdiyimiz zaman - ilin ən sevimli vaxtı - payız. Təbii ki, biz makiyajımızı adətən dəyişən fəsillərə uyğun olaraq dəyişdiririk, lakin bu dəfə yaydan gələn parlaq göz laynerlərimizi yığışdırmaq asan olmayacaq.

 

Uzun müddət çəkən "təmiz üz" makiyajından sonra (yəni, makiyajsız makiyaj) indi yenidən dodaq boyası, ənlik və göz makiyajına geri görürük. Çünki makiyaj əylənmək üçündür, elə deyilmi? Cəsarətli gözəllik geri döndü və biz onu qarşılayırıq.

 

Soyuq aylarda sərin, lakin praktiki makiyaj görünüşləri yaratmaq çətin ola bilər. Növbəti altı ay üçün ən vacib gözəllik kozırınız bərabər ton və təbii parıltı olacaq. Dərinizə möhtəşəm bir vurğu vermək üçün nəmləndirici makiyaj bazası və pudra ilə başlaya bilərsiniz.

 

Bordo tonları bu mövsüm xüsusilə göz və dodaq nahiyəsində tətbiq ediləcək.

Qarşıdakı soyuq aylar üçün enerjiyə qənaət etməyə nə deyirsiniz? Yumşaq şaftalı rəngi asanlıqla yayın əyləncəli əhval-ruhiyyəsi ilə əlaqələndirilə bilər.

 

Şaftalı tonları sizi yay meyvələrinin dadı ilə payız-qış aylarına daxil edə bilər! Diqqət mərkəzində gözlərinizin olmasını istəyirsinizsə, bu trend sizin üçündür. Siz 'pişik gözü' görünüşləri tətbiq edə və ya göz laynerinizi dumanlı göz makiyajı ilə tamamlaya bilərsiniz.

 

Makiyaj vasitələrinizi sifariş edə biləcəyiniz mağazalar:

 

Məhsulları daha sərfəli qiymətə almaq üçün Türkiyədən sifariş edin. Həm öz saytlarından həm də trendyoldan bu brendləri rahatlıqla tapa bilərsiniz. Sifariş verdiyiniz məhsulun İstanbuldan Bakıya çatdırılmasını isə Eyol karqoya əmanət edin. Eyol karqo Türkiyədən bağlamanızı təhvil alaraq sürətli çatdırılma edib, istəsəniz qapınıza qədər çatdıracaq. Xoş alış-verişlər!

19.09.2022
1424 oxunma sayı

Digər xəbərlər