Daşınma şərtləri və Qaydalar

Şərtlərimiz və qaydalarımızla buradan tanış olun.

Daşınma şərtləri və Qaydalar

1. Sifarişçi, bağlamanın marşrutunu öz profilindən izləyə bilər. Sifariş Bakıya çatdıqda müştərinin SMS, zəng və ya elektron poçt vasitəsilə məlumatlandırılması geciksə belə, o, sifarişinin gəlib çatdığını öz profilindən görmüş olur.

2. Eyol.az, sifariş verildikdən sonra sifarişin ləğv olunması, sifarişin hər hansı bir parametrinin dəyişdirilməsi kimi əlavə əməliyyatlar həyata keçirmir.

3. Sifarişçi ödəniş edərkən Türkiyə daxilindəki karqo haqqını nəzərə almalıdır. Əks halda bu məbləğ sifariş təhvil verilərkən çatdırılma haqqı ilə birgə ödənməlidir.

4. Satıcı mağaza ilə yarana biləcək problemin vaxtında həll edilməsi üçün Sifarişçi öz bağlamasını Bakıdakı anbardan mümkün qədər tez götürməlidir.

5. Eyol.az satıcı mağazaların göndərdiyi məhsulun tamlığına, dəqiqliyinə, keyfiyyətinə, orijinallığına görə məsuliyyət daşımır. Məhsulun geri qaytarılması və ya dəyişdirilməsi satıcı mağaza ilə müştəri arasında həll olunur.

6. Sifarişçi bağlamanı təhvil aldıqda yoxlamalı, şikayəti varsa həmin an bildirməlidir. 14 iş günü keçdikdən sonra şikayətlər qəbul olunmur.

7. Bağlamadakı sınan əşyadırsa, sifarişçi onu təslim aldıqda şirkət əməkdaşının iştirakı ilə açıb, əşyanın tamlığını nümayiş etdirməlidir. Əks halda, sonradan yarana biləcək problemlərə görə şirkət məsuliyyət daşımır.

8. Eyol.az, sifarişçinin səhv doldurduğu bəyannamə səbəbindən gömrük məntəqələrində yarana biləcək hər hansı bir problemə görə məsuliyyət daşımır.

9.Sifarişlə bağlı yaşanmış hər hansı problem zamanı sifarişçiyə telefon vasitəsilə məlumat verilir.

10. 
Bağlamalarınızın yerli anbarda ödənişsiz saxlama müddəti 15 gündür. Bağlamanız "Yerli anbardadır" statusu aldıqdan 16-30 gün aralığında hər gün üçün 0.5 AZN, 31-45 gün aralığında isə hər gün üçün 1 AZN saxlama məbləği hesablanacaqdır.Bağlamanı təhvil alarkən Sizdən bağlamanın karqo ödənişi+saxlama məbləği  tələb ediləcəkdir. Məbləğ ödənildikdən sonra bağlamanız sizə təhvil veriləcəkdir. 45 gündən çox yerli anbarda qalan bağlamalar üçün Eyol MMC məsuliyyət daşımır.

11. Şirkət, bağlama marşrutunun izlənməsi, müştərinin məlumatlandırılmasında yaranmış texniki problemlərə görə məsuliyyət daşımır.

 

Ödəniş qaydaları

1. Bakıdakı çatdırılma dolların həmin günə olan rəsmi məzənnəsinə əsasən AZN-lə həyata keçirilir.

2. Sifarişçi ödəniş edərkən Türkiyədaxili karqo haqqını nəzərə almadıqda, bu məbləğ sifariş təhvil verilərkən onun balansından çıxılır.

3. Sifariş prosesində hər hansı problem yarandıqda (məhsulun və ya ölçünün bitməsi, kampaniyanın başa çatması, ödəmə problemi və s.) sifarişçinin ödədiyi məbləğ satıcı şirkət tərəfindən onun kartına geri qaytarılır.

4. Hər hansı bir səbəbdən sifariş tamamlanmırsa, ödənilən məbləğ sifarişçinin TL balansına geri qaytarılır.Sifarişçinin istəyinə uyğun olaraq balansına yazılmış vəsait kartına qaytarıla bilər. Bu proses sifarişçinin bankından asılı olaraq, 1-14 iş günü ərzində həyata keçirilir.Ödənişi hər hansı səbəbdən geri qaytarılarsa, 5% bank xərci geri ödənilmir. Ödəniş nəğd şəkildə qaytarılmır.

5. Şirkətin əməkdaşlıq etdiyi ödəmə sistemi sizin kartınızdan əlavə məbləğ tutmur. Lakin sahibi olduğunuz kartın aid olduğu bank ödəniş zamanı əlavə faiz və ya komissiya tətbiq edə bilər. Belə problemlərin yaşanacağı halda sifarişçi öz bankı ilə əlaqə saxlamalıdır. Eyol.az bu məsələ ilə bağlı yaranacaq problemlərə görə məsuliyyət daşımır.

6. “Sifariş et” xidmətindən yararlanarkən istifadə edilən kart “3D” təhlükəsizlik sisteminə qoşulmalıdır.


7. “Qapıda ödəmə” sistemi ilə işləyən mağazalardan sifariş qəbul olunmur